“Əl Nəsr”də çıxış edən Portuqaliya yığmasının ulduzu Krişrianu Ronaldo Səudiyyə Ərəbistanını tərk edib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, regionada vəziyyətin gərginləşməsi səbəbindən bu addımı atıb.
Bildirilir ki, superulduz ötən gün şəxsi təyyarəsi ilə paytaxt Ər-Riyaddan Madridə uçub.
Ronaldo 7 saatlıq uçuşdan sonra İspaniya paytaxtına çatıb.
Onun vəziyyət stabilləşdikdən sonra Səudiyyə Ərəbistanına qayıdacağı bildirilib.
"Cebheinfo.az"