İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Atletiko Madrid"ə qonaq qismində 0:4 hesabı ilə uduzan "Barselona"nın vingeri Rafinya bu gün baş tutacaq cavab qarşılaşması ərəfəsində azarkeşlərə müraciət edib.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkə hesablarında belə bir paylaşımla diqqət çəkib:
"1% ehtimal - 99% inam. Biz sizə güvənirik".
Qeyd edək ki, "Kamp Nou"da reallaşacaq görüşün start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək. Polşalı hücumçu Robert Levandovski zədə səbəbindən bu oyunda Kataloniya komandasına kömək edə bilməyəcək.
Toğrul