AZ

NATO hərbi obyektlərini izləyən AZƏRBAYCANLI SAXLANILDI

Krit adasında yerləşən NATO bazasını və ABŞ-nin "Gerald R.Ford" aviadaşıyıcısını izləyən Azərbaycan əsilli Gürcüstan vətəndaşı Yunanıstanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.

Bildirilib ki, Yunanıstanın Milli Kəşfiyyat Xidmətinin xüsusi qrupu 36 yaşlı kişini bir aya yaxın təqib edib və Afinanın Elefteriosa Venizelos adına Beynəlxalq Hava Limanında ölkəni tərk etmək istəyərkən ələ keçirib. Adı açıqlanmayan azərbaycanlı Milli Kəşfiyyat Xidmətinin qərargahına aparılıb.

Xəbərə görə, saxlanılan şəxs bir müddətdir Kritdəki gizli hərbi obyektlərin, o cümlədən "USS Gerald R. Ford" aviadaşıyıcının şəkillərini çəkərək döyüş gəmilərinin hərəkətlərini izləyirmiş./Oxu.Az

Seçilən
4
3
bakivaxti.az

4Mənbələr