AZ

İran BƏƏ-nin "Füceyrə" neft yatağını vurdu

İranın pilotsuz uçuş aparatları (PUA) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərazisində yerləşən "Füceyrə" neft obyektini hədəf alıb.

BAKU.WS xəbər verir ki, hücum nəticəsində ərazidə partlayış səsləri eşidilib və yanğın baş verib.

Hadisənin Füceyrə əmirliyində yerləşən neft infrastrukturu yaxınlığında baş verdiyi bildirilir.

Məlumata əsasən, zərbə yanacaq saxlama çənləri və texniki qurğuların yerləşdiyi zonaya endirilib. Hazırda obyekt ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Seçilən
12
far.az

1Mənbələr