AZ

Daxili işlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin sırasından seçim edəcək

Bakı, 3 mart, AZƏRTAC

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 6-da Yevlax rayonunda vətəndaşların müraciətlərini dinləyəcək və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin gün Yevlax, Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir rayonlarının sakinlərinin müraciətləri Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında dinləniləcək.

Nazirlə görüşmək istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı martın 5-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı martın 6-ı saat 08:00-da Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Seçilən
25
27
azertag.az

10Mənbələr