AZ

KİV: ABŞ Ruandanın ordusuna və hərbi rəhbərliyinə sanksiya tətbiq etdi

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ hakimiyyəti Ruanda Silahlı Qüvvələrinə və bu ölkənin dörd yüksəkrütbəli komandanına sanksiyalar tətbiq edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Star" nəşri məlumat yayıb.

Məlumata görə, sözügedən qurumun və şəxslərin Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən "23 mart hərəkatı" (M23) qruplaşmasına dəstəklərinə görə belə qərar çıxarılıb.

Sanksiyaya məruz qalanların hamısı Ruanda və KDR-in ötən ilin dekabrında Vaşinqton sazişlərinin imzalanması zamanı üzərilərinə götürdükləri öhdəlikləri pozaraq, üsyançılara fəal dəstək verməkdə ittiham edilirlər.

Məlumata görə, "23 mart hərəkatı" insan hüquqlarının pozulması və KDR-də əhalinin kütləvi köçürülməsinə səbəb olan digər hərəkətlərə görə ABŞ və BMT sanksiyaları altındadır.

Məlumata görə, 2012-ci ildə Konqo ordusundan fərarilik edənlər tərəfindən M23 qruplaşması yaradılıb. Üsyançı qruplar 2021-ci ildə KDR-in şərqində döyüşləri bərpa edərək, Şimali və Cənubi Kivuda əyalət mərkəzləri də daxil olmaqla 100-dən çox şəhər və kəndi ələ keçiriblər.

KDR hakimiyyəti dəfələrlə qonşu Ruandanı M23-ü birbaşa dəstəkləməkdə günahlandırıb.

ABŞ-nin isə mövqeyi belədir ki, sözügedən hərəkat Ruanda ordusunun və yüksəkvəzifəli şəxslərin köməyi olmadan belə addımlar ata bilməzdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
oxu.az

1Mənbələr