AZ

VAR sisteminin tətbiqində dəyişiklik olacaq

BAKI, 3 mart. TELEQRAF

İngiltərə Futbol Assosiasiyası (FA) oyunlarda video-təkrar sisteminin (VAR) istifadəsində inqilabi dəyişikliyə hazırlaşır.

Teleqraf "The Daily Telegraph" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik futbol matçlarında "məşqçi sorğusu" sistemini tətbiq etmək niyyətindədir.

Yeni təklifə əsasən, baş məşqçilər hakimlərin qərarlarına etiraz etmək üçün hər oyunda iki müraciət hüququna malik olacaqlar. Əgər məşqçinin müraciəti haqlı çıxarsa, onun sorğu hüququ saxlanılacaq. Ofsayd və topun meydanı tərk etməsi kimi texniki məqamlar yenə avtomatik yoxlanılacaq, lakin mübahisəli penalti, qol və ya qırmızı vərəqə epizodları yalnız məşqçinin siqnalı ilə yenidən nəzərdən keçirilə bilər.

FA-nın baş katibi Mark Bullinqem bildirib ki, bu yanaşma həm VAR müdaxilələrinin sayını azaldacaq, həm də məsuliyyəti birbaşa məşqçilərin üzərinə qoyacaq.

Seçilən
10
teleqraf.com

1Mənbələr