AZ

Mark Zukerberq həyat yoldaşına adada malikanə aldı: Görün neçəyə

“Meta”nın həmtəsisçisi Mark Zukerberq və həyat yoldaşı Pritsilla Çan Mayamidəki süni İndian Krik adasında 170 milyon dollara malikanə alıblar.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, sövdələşmə Mayami-Deyd tarixində ən böyük fərdi ev alışlarından biri hesab olunur.

Yaşayış binası Biskeyn körfəzinə birbaşa çıxışı olan təxminən 1,84 akr ərazidə yerləşir. Malikanə bir neçə yataq və vanna otağı, geniş mətbəx, media zonası, həmçinin digər yaşayış və kommunal sahələri əhatə edir. Tikintinin yaxın aylarda yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, İndian Krik yüksək daşınmaz əmlak qiymətləri və qapalı icması ilə seçilir. Ada “milyarderlərin bunkeri” də adlandırılır. Ərazi ciddi mühafizə olunur və torpaq sahələri məhduddur.

İş adamı Ceff Bezos və digər investorların da bu ərazidə əmlak sahibi olduqları bildirilirdi. Məxfilik, təhlükəsizlik və sahilboyu yerləşmə amili İndian Kriki Florida ştatının ən bahalı yaşayış məntəqələrindən birinə çevirir.

Seçilən
11
publika.az

1Mənbələr