AZ

Azərbaycanlı futbolçu Qırğızıstanda klubunu dəyişdi

Azərbaycanın U-21 millisinin sabiq üzvü Dmitri Nağıyev karyerasını Qırğızıstanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı futbolçu bu ölkənin yüksək liqa təmsilçisi “Toktoqul”la 1 illik müqavilə imzalayıb.

Nağıyev son olaraq “Ozgon”da çıxış edib. O, karyerası ərzində “Dnepr”, “Qarabağ” (Vyana), “Sumqayıt”, “Kova da Piedade”, “Stumbras”, “Dinamo-Avto”, “İnqulets”, “Obolon” və “Minay” klublarının da formasını geyinib.

Seçilən
6
idmanxeber.az

1Mənbələr