AZ

İran XİN Uitkoffun yalanını üzə çıxartdı

Nüvə müzakirələri ilə bağlı yayılan iddialar yalandır.

"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Danışıqların son mərhələsində ABŞ-ın bizə müəyyən təkliflər etməsi və bizim onu qəbul etməməyimizlə bağlı iddialar yalandır. Ümumiyyətlə, danışıqlar prosesi ilə bağlı irəli sürülən bütün iddialar yalandır”, - Bəqai vurğulayıb.

Bundan əvvəl ABŞ nümayəndəsi Stiven Uitkoff danışıqlar prosesində Tehranın bir çox təklifləri rədd etdiyini bildirib. Onun sözlərinə görə, İranan 10 il müddətinə zənginləşdirmədən imtina əvəzinə maliyyə təklif olunub. Uitkoff əlavə edib ki, guya İslam Respublikası donanmasını və raket arsenalını məhv etməyə də əvvəlcə razılaşıb.

 


Telegram kanalımız
Seçilən
51
yenisabah.az

1Mənbələr