AZ

Dünyada nüvə təhlükəsi artır Lavrov

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yaxın Şərqdəki münaqişə fonunda qlobal nüvə təhlükəsizliyinə təhdidin artdığı bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrov qeyd edib ki, “təhdid getdikcə daha da pisləşir, deyərdim ki, artır”.

O vurğulayıb ki, ABŞ və İsrailin İrana qarşı hücumlarının məqsədinin onu uranı zənginləşdirmək hüququndan məhrum etmək olduğunu nəzərə alsaq, ölkə daxilində nüvə bombası əldə etməyi müdafiə edən qüvvələrin yarana biləcəyini istisna etmək olmaz.

Nazir əlavə edib ki, belə planlar İranla qonşu olan ərəb ölkələrində də formalaşa bilər.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
1
redaktor.az

2Mənbələr