AZ

"Real Madrid" prezidentinin istefasını tələb etdilər

İspaniya La Liqasının XXVI turunda doğma meydanda “Xetafe”yə məğlubiyyətdən sonra “Real Madrid” azarkeşləri klubun prezidenti Florentino Peresin istefasını tələb ediblər.

“Unikal” “Marca”ya istinadən xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunun tribunalarına toplaşan fanatlar "Florentino, istefa ver!" şüarları səsləndiriblər.

Matçdan sonra futbolçulardan yalnız qapıçı Tibo Kurtua tərəfdarlara yaxınlaşaraq nəticəyə görə üzr istəyib. Bundan başqa, komanda üzvlərindən heç biri miks zonada mətbuata müsahibə verməyib.

Qeyd edək ki, rəqibinə 0:1 hesabı ilə uduzan “kral klubu” ölkə çempionatında ardıcıl 2-ci dəfə məğlub olub. Hazırda 60 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Real Madrid" lider “Barselona”dan 4 xal geri qalır.

Seçilən
0
2
unikal.az

4Mənbələr