Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Tehranın cənub-şərqində yerləşən Parçin bölgəsi İsrail və ABŞ cütlüyü tərəfindən bombalanıb. Hücumdan sonra ətrafa qalın duman yayılıb.
Axar.az xəbər verir ki, bu barədə Heydər Oğuz görüntü paylaşıb.
O bildirib ki, ki, Parçində İranın bir neçə hərbi sənaye müəssisəsi, o cümlədən raket istehsalı zavodu, texniki xidmət və nüvə obyekti yerləşir:
“Parçin Cənubi Azərbaycanın Zəncan vilayətinin Xudabəndə şəhristanı ərazisinə daxil olan kənddir. Kəndin 840-a yaxın əhalisi var. Xudabəndə şəhristanında əsasən Azərbaycan türkləri yaşayır. Ümumiyyətlə Zəncan vilayəti mis, qızıl, civə və s. qiymətli yataqları ilə məşhurdur. Məhz bu səbəbdən ona “Qızıl Azərbaycan” da deyirlər. Bundan əlavə, Zəncan tarix boyu Yaxın və Orta Şərqə gedən ticarət yolları üzərində salınıb. Bu qədər strateji əhəmiyyətli diyarda nüvə müəssisəsinin tikilməsi və indi də onun qorunmasında yaranmış problemlər Azərbaycan xalqının da milli maraqlarının təhdid olunması deməkdir”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.