AZ

İran ordusu ABŞ-nin hərbi bazalarına və İsrailə hücum etdiyini açıqlayıb

Bakı. Trend:

İran ordusu bu gün səhər saatlarından etibarən ABŞ-nin regionölkələrindəki hərbi bazaları və İsrailin hərbi məntəqələrinə raketvə dronlarla hücum edib.

Trend-inməlumatına görə, bu barədə İran ordusu məlumat yayıb.

Məlumata görə, İran ordusu ölkənin müxtəlif bölgələrində quru,hava və dəniz qoşunları tərəfindən ABŞ-nin Qətərin Əl-Üdeyd hərbibazalarını məhvedici dronlar, müxtəlif növ raketlərlə atəşətutub.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Seçilən
24
29
az.trend.az

10Mənbələr