AZ

“Arsenal” müdafiəçi transfer etmək istəyir

“Arsenal” Braziliyanın “Korintians” klubunda çıxış edən 25 yaşlı sağ cinah müdafiəçisi Mateuzinyo üçün rəsmi təklif göndərib.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Mikel Arteta müdafiə xəttini gücləndirmək üçün braziliyalının transferində maraqlıdır. “Korintians” oyunçunu buraxmaq istəməsə də, Mateuzinyo ayrılmaqda israr etsə, klub mövqeyini dəyişə bilər.

Cari mövsümdə 13 matçda 1 qol vuran futbolçunun müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Seçilən
9
idmanxeber.az

1Mənbələr