İstilik təchizatı xidmətləri ilə bağlı tariflərin istehlakçının mənzilinin ümumi sahəsinə görə deyil, faktiki istilik verilən sahəsinə görə hesablanması məqsədilə Nazirlər Kabinetinin təsdiqlədiyi "İstilik enerjisindən istifadə Qaydaları"na müvafiq dəyişikliklərin edilməsi təklif edilib.
Ombudsman eyni zamanda xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunmasını vacib hesab edib.
S.Əliyeva həmçinin Bakı şəhərində ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması, bununla da şəhər mərkəzinə şəxsi avtomobillərin axınının minimuma endirilməsi məqsədilə müasir standartlara cavab verən avtobusların sayının artırılmasını, (o cümlədən, say tutumu çox olan ikimərtəbəli avtobusların alınması məsələsinə baxılması), intensivlik nəzərə alınaraq intervalların minimuma endirilməsini (bəzən bu müddət 10-20 dəqiqədən artıq olur) diqqətə çatdırıb.