AZ

YAP Göygöl rayon təşkilatının yaranması ilə bağlı tədbir keçirildi FOTOLAR

Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.

"Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Göygöl rayon təşkilatının yaranmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

YAP rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə RİHB-sı Vüqar Novruzov, Milli Məclisin deputatı Kamran Bayramov, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, partiya üzvləri iştirak edib.

Öncə Ulu Öndərin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayaraq Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca videoçarx təqdim olunub. 

Açılış nitqi ilə çıxış edən İcra başçısı YAP-nın ölkənin siyasi həyatında mühüm rolundan, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davam etdirilməsi istiqamətində görülən işlərdən danışıb. 

Daha sonra çıxış edən YAP rayon təşkilatının sədri Partiyanın rayon təşkilatının 33 il ərzində fəaliyyət istiqamətlərindən söz açaraq partiya üzvlərinin dövlət və cəmiyyət həyatında fəal rol oynadıqlarını vurğulayıb. 

Tədbirdə çıxış edən MM deputatı K.Bayramov, YAP Veteranlar Şurasının üzvü T.Məmmədov YAP-ın dövlət quruculuğunda, ölkədə sabitlik və inkişafın təmin edilməsində müstəsna xidmətlərini qeyd edərək, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonda YAP-ın fəal üzvlərinə fəxri fərman, Partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib. Tədbir YAP-nın himninin səsləndirilməsi ilə başa çatıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
azxeber.com

1Mənbələr