AZ

"TikTok"da onu söyən şəxsi öldürmək istədi

"TikTok" sosial şəbəkəsində söyüşə görə əks tərəfi öldürməyə cəhddə təqsirləndirilən Töhrad Quliyev və Cavad Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Tövrad Quliyev ifadə verib. 

Onun sözlərinə görə, istintaq dövründə ifadəmi təzyiq altında verib:

"5 dəfə məhkumluğum olub. Rəhmanla mən ev ustasıyıq. Tiktokda ustalar qrupu açmışdıq, bir birimizə iş olanda xəbər edirik. Nicatı isə Rəhmana görə tanımışam. İlk dəfə olaraq Rəhman, Nicat və Elşənlə Şamaxinkada görüşdük. Oturub çörək yedik və sonra mən taksi zakaz etdim. Taksiyə minəndə Rəhman bizi taksidən düşürtdü ki, söhbət var. Nicatla Sadiq arasında Tiktokda söyüşlü mübahisə olmuşdu. Və onlar getdilər söhbət etməyə. Birdən səs-küy eşitdim. Mən onlara çatanda gördüm ki dava ediblər aralaşırlar. Gördüm ki, bıçaqlaşma olub aralarında. Rövşən daşla başıma vurdu və sifətin qana boyandı. Yerdə bıçaq var idi onu qeyri ixtiyarı Rövşənə vurdum".

Daha sonra sənədlərin tədqiqinə başlanılıb və məhkəmə istintaqı yekunlaşıb. 

Dövlət ittihamçısı çıxış etmək üçün məhkəmədən vaxt istəyib. 

Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib. 

Qeyd edək ki, hadisə 2024-cü ilin martında Nəsimi rayonu Moskva prospektində 96 nömrəli məktəbin qarşısında yerləşən parkda baş verib. 

Belə ki, təqsirləndirilən şəxslər Tiktok sosial şəbəkəsində sözlü mübahisədən sonra görüş təyin edirlər. Daha sonra mübahisə dava dalaşa çevirilib və bıçaqlanma hadisəsi baş verib. 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb. 

Orxan Rasifoğlu

Seçilən
20
1
unikal.az

10Mənbələr