AZ

Rusiyalı milyarderdən ŞOK TƏKLİF: İşçilərin öz istəyi ilə çıxması QADAĞAN EDİLSİN

Rusiyada “təhkimçilik hüququ”nu bərpa etmək istəyirlər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyalı pravoslav milyarder German Sterliqov işçilərin öz istəyi ilə istənilən vaxt işdən çıxmasının qadağan edilməsi təşəbbüsü ilə çıxış edib.

O, ölkədə əmək münasibətlərini kökündən dəyişəcək bir sistem təklif edib.

Milyarderin ideyasının əsas məğzi aşağıdakılardan ibarətdir:

  • İşdən çıxmağa yalnız ildə bir dəfə — “Yuryev günü”ndə (26 noyabr) icazə verilsin;

  • İşçiyə başqa rəhbərin yanına getmək imkanı yalnız bu tarixdən bir həftə əvvəl və ya bir həftə sonra tanınsın;

  • Bu qayda tez-tez iş yerini dəyişən və şirkətlər arasında “birə kimi tullanan” gənc nəsli (“zumerləri”) intizama gətirmək məqsədi daşıyır.

German Sterliqov öz təklifini belə əsaslandırıb:

“İnsan ildə cəmi bir dəfə işdən çıxa bilsə, o zaman rəhbərliyin ona vaxt və güc sərf etməsinin, nəyisə öyrətməsinin, işi izah etməsinin mənası olar ki, o da öyrənib normal işləsin. Bu, gözəl bir ənənədir”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
11
interpress.az

1Mənbələr