AZ

Cinayət və Cinayət-Prosessual məcəllələrində dəyişiklik edilir

Bakı, 3 mart, AZƏRTAC

Cinayət və Cinayət-Prosessual məcəllələrində dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin martın 3-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının tələblərinə uyğun olaraq, Cinayət Məcəlləsində “kompüter sistemi” ifadəsi “İKT sistemi”, “kompüter məlumatları” isə “elektron verilənlər” terminləri ilə əvəz edilir. Eyni zamanda, qanunvericiliyə "trafik verilənləri", "abunəçi məlumatları", "məzmun verilənləri" və "xidmət provayderi" kimi yeni hüquqi anlayışlar daxil edilir.

Cinayət-Prosessual Məcəlləsinə edilən əlavələr isə elektron sübutların toplanması prosesini tam hüquqi çərçivəyə salır. Buraya elektron verilənlərin əldə edilməsi, mühafizəsi və prosessual rəsmiləşdirilməsi qaydalarının müəyyən edilməsi, İKT sistemlərinə baxış, axtarış və götürmə tədbirlərinin hüquqi əsaslarının və hədlərinin dəqiqləşdirilməsi aiddir.

Bununla yanaşı, layihəyə əsasən, Cinayət-Prosessual Məcəlləyə "Məhkəməyədək icraatın elektron qaydada aparılması" və "Məhkəmə icraatının elektron qaydada aparılması" kimi yeni maddələr daxil edilərək həmin məsələlərin ətraflı tənzimlənməsi nəzərdə tutulur. Hazırda mövcud olan "Cinayət mühakimə icraatının elektron qaydada aparılması" adlı maddənin isə mətni genişləndirilərək yeni versiyada təqdim olunur. Həmçinin məhkəmə və prokurorluq arasında sənəd dövriyyəsinin "Elektron məhkəmə" və "Elektron prokurorluq" sistemləri vasitəsilə, gücləndirilmiş elektron imza ilə həyata keçirilməsi mexanizmi təsbit olunur.

Seçilən
6
4
azertag.az

5Mənbələr