AZ

Regionda müharibə: 25-dən artıq ölkə Bakıdan kömək istədi

İrandan vətəndaşlarını Azərbaycan vasitəsilə təxliyə etmək üçün 25-dən artıq ölkədən müraciət daxil olub.

KONKRET.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, təxliyə prosesi Astara Sərhəd Gömrük-keçid məntəqəsindən həyata keçirilir. Fevralın 28-i saat 08:00-dan martın 3-ü saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 615 nəfər təxliyə edilib.

Seçilən
13
11
konkret.az

10Mənbələr