AZ

Təqsirsizilik prezumpsiyası hüququnun pozulmasının mülki məsuliyyəti açıqlandı

Bakı.Trend:

Təqsirsizlik prezumpsiyası şəxsin barəsində qanuni qüvvəyəminmiş ittihamedici hökm olmadan onun təqsirliliyinə dairtəsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılmasınıqadağan edir. Bu qadağa ibtidai istintaq və məhkəmə istintaqınınaparıldığı dövrü də əhatə edir.

Bu barədə Trend-ə Ali Məhkəmədən bildirilib.

Qeyd edilib ki, bu o deməkdir ki, yalnız şəxsin məhkum edilməsibarədə məhkəmənin hökmü varsa və həmin hökm qanuni qüvvəsinialmışsa şəxs cinayət əməlini törətməkdə təqsirli bilinir.

Azərbaycan Respublikası Ali Məhkəməsi ilk dəfə olaraqtəqsirsizlik prezumpsiyası hüququnun pozulması ilə bağlı mühümməqamları “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında PlenumQərarında açıqlayıb.

Təqsirsizlik prezumpsiyasının əsas məqsədi cinayət mühakiməsiüzrə icraatı həyata keçirən şəxslərə (təhqiqatçı, müstəntiq,prokuror, hakim) əsassız təzyiq və təsirin qarşısının alınmasına,şəxsin obyektiv şəkildə mühakimə olunmasına nail olmaqdır.

Bu baxımdan, xüsusən mediada yazılar dərc ediləndə bu məsələyədiqqət yetirilməli, şəxsin təqsirliliyinə dair qanuni qüvvəsinialmış hökm olmadan onun tərəfindən hər hansı cinayətin törədilməsiilə bağlı təsdiqedici ifadələrdən çəkinilməlidir.

Konstitusiyanın 63-cü maddəsi ilə təminat altına alınmıştəqsirsizlik prezumpsiyasının pozulması 2 halın eyni andamövcudluğu ilə şərtləndirilir: şəxsin barəsində qanuni qüvvəyəminmiş ittihamedici hökmün olmaması; şəxsin cinayət əməlinintörədilməsində təqsirliliyinə dair təsdiqedici ifadələrinişlədilməsi və ya məlumatların yayılması

Məsələn. Mediada “A adlı şəxsin B şəxsinə münasibətdə dələduzluqedərək, onun 10.000 manat məbləğində vəsaitini talamışdır.” və ya“A adlı vəzifəli şəxs B adlı şəxsin işlə təmin edilməsi məqsədi iləondan 100.000 manat məbləğində rüşvət almaqla, korrupsiyacinayətini törətmişdir.” məzmunda məqalənin dərc edilməsi, “A” adlışəxs barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittihamedici hökmüyoxdursa, onun təqsirsizlik prezumpsiyasını pozur.

Təqsirsizlik prezumpsiyası hüququna qanunsuz müdaxilə edilmişşəxs həm bu hüququn müdafiəsi üsullarının tətbiqi, həm də buhüququn pozulmasından irəli gələn mənəvi zərərin kompensasiyasıtələblərini irəli sürə bilər.

Təqsirsizlik prezumpsiyası hüququnun pozulması şəxsin şərəfinin,ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi ilə nəticələndiyindən,onun müdafiəsi üsullarını da şərəf, ləyaqət və işgüzar nüfuzunmüdafiəsi üsulları (biri və ya bir neçəsi tətbiq oluna bilər)təşkil edir: pozuntunun təsbit edilməsi; pozuntunun qarşısınınalınması (məlumatın yayılmasının qarşısının alınması, qadağanedilməsi); pozuntunun aradan qaldırılması (yayılmış məlumatlarıntəkzib edilməsi, silinməsi, onlara düzəliş edilməsi və ya cavabınverilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəməqərarının mediada dərc edilməsi və s.); digər üsullar. (məsələn,şərəf, ləyaqət, şəxsi və işgüzar nüfuzu ləkələyən məlumatlarıyaymış şəxsin, yəni cavabdehin müəyyən edilməsi mümkün olmadıqdahüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsiüsulu).

Şəxs, təqsirsizlik prezumpsiyası pozulduğu andan sadalanantələbləri irəli sürə bilər. Şəxs barəsində sonradan ittihamedicihökm çıxarılaraq qanuni qüvvəsini alsa belə, tələb hüququ aradanqalxmır. Çünki, cinayət əməlinin törədilməsi ilə bağlı təsdiqediciifadələrin işlədildiyi və ya məlumatların yayıldığı vaxt qanuniqüvvəyə minmiş hökm mövcud olmamışdır.

Təqsirsizlik prezumpsiyası hüququnun cinayət mühakiməsiicraatının hansı mərhələsində pozulması isə vurulmuş mənəvi zərərinhəcmi baxımından əhəmiyyətlidir. Məsələn, ibtidai araşdırmamərhələsi ilə müqayisədə cinayət işi üzrə birinci instansiyaməhkəməsində ittiham hökmünün çıxarılmasından sonra şəxsin cinayətitörətməsinə dair təsdiqedici məlumatların yayılması ona daha azhəcmdə mənəvi zərərin vurulmasına səbəb olacaqdır.

Seçilən
11
10
az.trend.az

10Mənbələr