AZ

Bu şəxslər 5 min manatadək cərimə ediləcək

Bakı. Trend:

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı, topdan vəpərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələrmüəyyənləşdiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsihaqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onlarınkomponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndəsatışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanınbilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər350 manatdan 500 manatadəkməbləğdə, vəzifəli şəxslər 1 650 manatdan2 200 manatadək məbləğdə, hüquqi şəxslər4000 manatdan 5000 manatadəkməbləğdə cərimə ediləcək.

Qanun təsdiqlənəcəyi təqdirdə, 2026-cı il aprelin1-dən qüvvəyə minəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraqüçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı,istehsalı, saxlanılması, satışı və istifadəsinə qadağa2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.

Seçilən
56
9
az.trend.az

1Mənbələr