AZ

İrandan təxliyə üçün Bakıya neçə ölkə müraciət edib?

İrandan vətəndaşlarını Azərbaycan vasitəsilə təxliyə etmək üçün 25-dən artıq ölkədən müraciət daxil olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, təxliyə prosesi Astara Sərhəd Gömrük-keçid məntəqəsindən həyata keçirilir. Fevralın 28-i saat 08:00-dan martın 3-ü saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 615 nəfər təxliyə edilib. (APA)

Seçilən
27
11
nocomment.az

10Mənbələr