AZ

Keçmiş arvadını döydü Gecə 2 də məni evə çağırıb...

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Yevlax rayonunda 1974-cü il təvəllüdlü Tacir ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Nəzrinə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 10-da Yevlax şəhəri, Yeni Yevlax küçəsində baş verib. Tacir keçmiş həyat yoldaşı Nəzrin ilə kirayə yaşadığı binanın həyətində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı o, qəsdən qadını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Tacirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə ifadə verən Tacir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O, ifadəsində göstərib ki, Nəzrin onun ikinci həyat yoldaşıdır, onlar 2024-cü ildə rəsmi şəkildə nikah bağlayaraq ailə qurublar:“Lakin münasibətlərimiz əvvəldən olub. Mən onunla boşanmaq istəməmişəm. Nəzrin mənimlə barışmadığı üçün məhkəmə qərarı əsasında nikahlarımız pozulub. Mən həmişə Nəzrini çox istəmişəm, qayğısına qalmışam, maddi-mənəvi dəstək olmuşam. Mən ona heç bir xəsarət yetirməmişəm. Əksinə hadisə günü gecə saat 02:10-da Nəzrinin halı pisləşdiyi üçün mənə zəng edərək çağırıb. Gecədən səhərə kimi Nəzrin xəstə olması ilə bağlı ona baxmışam, onu xəstəxanaya aparmışam”. İbtidai istintaq zamanı ifadə verən təqsirləndirilən şəxs deyib ki, avqustun 10-da, gecə saat 02:10-da Nəzrin halı pisləşdiyi üçün onu çağırıb: “Mən Nəzrinin yanına gedəndə yenə əsəbiləşdim. Məni görən kimi üstümə hücum çəkdi, əl-qol atmağa başladı. Mən də Nəzrini özümdən kənarlaşdırmaq üçün kənara itələdim. Mən həmişə onu çox istəmişəm, qayğısına qalmışam, maddi-mənəvi dəstək olmuşam. Mən boşanmaq istəməmişəm. O, barışmadığı üçün məhkəmə qərarı əsasında nikahlarımız pozulub. Əməlimdən peşman olmuşam. Onunla barışmağa cəhd etmişəm. Lakin o, barışmayıb”.Nəzrinin sözlərinə görə, Tacir ilə ər-arvad kimi bir müddət normal yaşasalar da, sonradan Tacir əsassız yerə münaqişə yaradaraq onu döyüb, şiddət göstərib, nalayiq söyüşlərlə təhqir edib: “Bu səbəbdən ayrıldıq, nikahımız Ağdam Rayon Məhkəməsinin 7 avqust 2025-ci il tarixli qərarı ilə pozuldu. Buna baxmayaraq, Tacir məndən əl çəkmir, hər dəfə yaşadığım yerə və işlədiyim yerə gələrək məni narahat edir, öldürməklə hədələyir, döyür. Bu barədə dəfələrlə Yevlax Rayon Polis Şöbəsinə müraciət etmişəm. Sonuncu dəfə hadisə baş verən günü, gecə saat 02:10-da yaşadığım evdə olan zaman Tacir gəldi. O, məni çağırmağa başladı. Tacirə getməsini bildirdim. Lakin o, getmədi. Mən qapını açmayanda binanın həyətində səs-küy salmağa və evə gələn qaz borusunu vurmağa başladı. Qonşular narahat olmasın deyə qapını açaraq həyətə çıxdım. Ona artıq boşandığımızı, heç bir əlaqəmizin qalmadığını bildirdim. Ondan getməsini tələb etdim. Həmin vaxt o, şillə ilə sifətimə və əlindəki mobil telefonla sol əlimin bilək nahiyəsinə vurdu. Mən Tacirin əlindən qaçaraq polis şöbəsinə getmək istəyəndə saçımdan tutaraq həyətdə olan oturacağa sürüdü, orada otuzdurdu. Mən  yenə Tacirin əlindən qaçmaq istəyəndə əli ilə bədənimin müxtəlif nahiyələrinə vuraraq məni döydü. Həmin vaxt qışqıraraq kömək istədim. Lakin o, yenə məni buraxmadı. Bir müddət sonra isə həmin yerə polis avtomobili gəldi. Bina sakinləri səsimi eşidərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdilər. Bundan sonra polislər bizi Yevlax Rayon Polis Şöbəsinə gətirdilər. Orada Tacirin barəsində şikayət ərizəsi yazdım”. Yevlax Rayon Məhkəməsinin hökmü ilə Tacir 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-a qədər yaşayış yerini tərk etməsi, bu müddətdə Yevlax rayonu ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,  müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılıb. Fariz Məlikli

Demokrataz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
demokrat.az

1Mənbələr