AZ

SABAH qruplarında elmi və innovativ mühitin genişləndirilməsi hədəflənir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə, 3 mart, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov SABAH qruplarında təhsil alan Aqronomluq və mühəndislik fakültəsinin bir qrup tələbəsi ilə görüşlər keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşlərdə SABAH qruplarının tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsi, tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, innovativ yanaşmaların tətbiqi və istehsalatla inteqrasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

Bildirilib ki, SABAH qruplarının əsas məqsədi yüksək akademik göstəricilərə malik, analitik düşüncə qabiliyyəti və praktik bacarıqları ilə seçilən mütəxəssislərin hazırlanmasıdır. Bu baxımdan, tələbələrin təşəbbüskarlığının dəstəklənməsi, startap və innovasiya layihələrinə cəlb edilməsi, eləcə də xarici təcrübə proqramlarında iştirak imkanlarının artırılması prioritet istiqamətlərdən hesab olunur.

Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, onların təklif və təşəbbüsləri dinlənilib.

Sonda rektor diqqətə çatdırıb ki, universitet rəhbərliyi tələbəyönümlü idarəetmə prinsiplərinə sadiqdir və təhsilin keyfiyyətinin davamlı şəkildə yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçiriləcək.

Elcan Məmmədov - müxbir

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
azertag.az

1Mənbələr