AZ

Ağasəlim Mircavadov: Neftçi Şamaxıda çox zəif oynadı

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Şamaxı" ilə oyunda qalib gəlmək üçün "Neftçi" özü özünə mane oldu". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XXII turunda keçirilmiş "Şamaxı" - "Neftçi" (2:2) oyunu ilə bağlı fikirlərini bölüşüb: "Komandanın büdcələrinin müzakirə edəndə hər şey bəlli olur. Düzdür, hakim səhvləri oldu. Gənc referidir, xətalar qaçılmazdı. "Neftçi" avrokuboklara vəsiqə qazanmaq istəyirsə, büdcə və keyfiyyət baxımdan özündən zəif olan komandalara qalib gəlməlidir".Mircavadov "ağ-qaralar"ın rəqibi ilə son dəqiqələrədək bərabər oynadığını deyib."Neftçi" oyunun taleyini daha tez həll etməli idi. Son dəqiqələrdə buraxılan qolların əvəzini çıxmaq çətindir. İndiki vəziyyətdə qitəmiqyaslı tunirə yollanmaq üçün hər qarşılaşmadan qələbə ilə ayrılmaq məcburiyyətindədirlər. Kubokda şanslar itib, ümid qalıb Premyer Liqaya. "Neftçi" Şamaxıda çox zəif oynadı".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
164
sport24.az

1Mənbələr