AZ

Melaniya Tramp “tezliklə sülh”ə ümid etdi - İrəvani “dərin rüsvayçılıq” adlandırdı



ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp BMT Təhlükəsizlik Şurasının silahlı münaqişələrdə uşaqlar mövzusuna həsr olunmuş iclasına sədrlik edib. Tədbir 2 mart bazar ertəsi günü Nyu-Yorkda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda baş tutub.

Birinci xanım hazırkı dövrü "çətin" adlandırıb. "Birləşmiş Ştatlar bütün dünyada bütün uşaqların yanındadır", - deyə Melaniya Tramp vurğulayıb və konkret olaraq Yaxın Şərqdəki münaqişədən deyil, ümumi vəziyyət haqqında danışdığını açıqlayıb. "Ümid edirəm ki, tezliklə sizə sülh veriləcək", - deyə o əlavə edib.
İranın BMT-dəki Daimi Nümayəndəsi Əmir Səid İrəvani isə tədbirdən öncə ABŞ-ın BMT Təhlükəsizlik Şurasına sədrliyini və ABŞ ordusu İran şəhərlərini atəşə tutarkən uşaqların qorunması ilə bağlı iclas keçirməsini "dərin rüsvayçılıq” adlandırıb.

Qeyd edək ki, ABŞ mart ayı üçün BMT Təhlükəsizlik Şurasının rotasiyalı sədrliyini həyata keçirir. Bu qurumun tarixində ilk dəfə olaraq dövlət başçısının həyat yoldaşı BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edib.

BMT Təhlükəsizlik Şurasının əvvəlki iclası 28 fevralda keçirilmişdi və İranda ABŞ-İsrail hərbi əməliyyatının başlamasına cavab olaraq təcili olaraq çağırılmışdı. BMT-nin Baş katibi António Guterres ABŞ və İsrailin İslam Respublikasına qarşı hava hücumlarını BMT Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüququn pozulması kimi qınadı. Eyni zamanda o, İranın cavab zərbələrini də Yaxın Şərq ölkələrinin suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi qınadı.

SAMİRƏ

Seçilən
16
baki-xeber.com

1Mənbələr