AZ

“Sabahın alimləri”nə 760 layihə təqdim edilib

BAKI, 3 mart. TELEQRAF

“Şagirdlərdə elmə marağın artırılması əsas prioritetlərdəndir”

Teleqraf xəbər verir ki, bu sözləri “Sabahın alimləri” müsabiqəsinin açılış mərasimində Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində ümumi təhsil ilə ali təhsil arasında əlaqənin qurulması artıq öz bəhrəsini verir.

F. Qarayev vurğulayıb ki, son iki ildə Azərbaycanda qalib olan şagirdlər beynəlxalq müsabiqələrdən uğurla geri qayıdırlar:

“Layihələr əsasən riyaziyyat və kompüter elmləri daxil olmaqla 9 istiqamət üzrə həyata keçirilir. Müsabiqəyə ümumilikdə 760 layihə təqdim edilib”.

Seçilən
8
teleqraf.com

1Mənbələr