AZ

"Əsas məqsəd "qara qızıl"ı insan kapitalına çevirmək idi" - Firudin Qurbanov

“Qaliblərin təqdimatı məhz Bakı Ali Neft Məktəbində keçirilir”.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində bildirdi.

“Neft ən böyük sərvətlərdən biridir. Neftə "qara qızıl" deyirlər. Məhz müstəqillikdən sonra ölkəmizin iqtisadi gücündə neft əsas rol oynayır. 1994-cü ildə neft kontraktı bağlanmasaydı, ölkəmizə ən aparıcı transmilli şirkətlər sərmayə qoymasaydı, yəqin ki, bu "qara qızıl"ı dünya bazarına ixrac edə bilməzdik. Ən müasir tələblərə cavab verən texnologiyalarla buna nail olduq. Bu, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə mümkün olmuşdu. Elə ölkələri cəlb etmək çətin idi. Bu siyasət çox uğurla ölkə prezidenti tərəfindən aparıldı. Qısa müddətdə iqtisadi qüdrət yüksəldi. Bu, imkan verdi ki, digər sahələri də inkişaf etdirək. Əsas məqsəd "qara qızıl"ı insan kapitalına çevirmək idi. Neft Məktəbində insan kapitalı formalaşır. İnsan kapitalının formalaşmasının iki yolu var: formal və informal təhsil. Formal yol təhsil vasitəsilə formalaşır. İnformal isə müxtəlif təcrübələrdə əldə edilən bilik və bacarıqlardır ki, müasir dövrdə çox önəmlidir. Sevinirəm ki, “Sabahın alimləri”ndə iştirak edirsiniz. Bu, elm və yaradıcılıqla bağlıdır. Hələ yəqin ki, dərindən hansı layihədə olduğunuzu düşünmürsünüz. Yaradıcı və tənqidi təfəkkür gələcək üçün önəmlidir. Razılaşdırılmamış fəaliyyət şəraitində, böhran zamanı işləmək və düzgün qərar vermək gələcəkdə vacib olacaq”, - deyə o əlavə etdi.

Aytəkin TOFİQQIZI

Seçilən
22
redaktor.az

1Mənbələr