AZ

Ombudsman: Müraciətimiz əsasında 21 məhkum əfv edilib

Yazını böyüt
Yazını kiçilt

“Hesabat ilində Ombudsmana 42.685 müraciət daxil olub, “916” Çağrı Mərkəzi tərəfindən 14.718 zəng cavablandırılıb, 9.060 nəfər qəbul edilib”.

Hafta.az xəbər verir ki, bu barədə Ombudsman Milli Məclisin bugünkü hesabat məruzəsində qeyd edib.

Məruzədə əmək, sosial təminat, səhiyyə, əlilliyi olan şəxslərin hüquqları, informasiya təhlükəsizliyi, süni intellektin hüquqi təsirləri, uşaq hüquqları, penitensiar sistem və məhkəmə qərarlarının icrası ilə bağlı mühüm qanunvericilik təşəbbüsləri irəli sürülüb.

Qeyd olunub ki, 2025-ci ildə 355 başçəkmə həyata keçirilib, 3.462 şəxs qəbul edilib. İl ərzində Ombudsmanın müraciətləri əsasında 21 məhkum əfv edilib.

Seçilən
14
hafta.az

1Mənbələr