AZ

"SAĞLAM AİLƏ"yə yeni direktor təyin edilib

"SAĞLAM AİLƏ" Tibb Mərkəzləri Şəbəkəsinin rəhbərlik strukturunda dəyişiklik edilib.

E-saglam.az xəbər verir ki, şəbəkənin idarəçi direktoru vəzifəsinə Vədiyə Ələkbərzadə təyin olunub.

Vədiyə Ələkbərzadə Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb, magistraturanı və Dövlət İdarəçilik Akademiyasını fərqlənmə ilə bitirib. Hazırda süni intellekt və insan hüquqları sahəsində elmi tədqiqat aparır və doktorantura təhsilini davam etdirir.

O, dövlət və özəl qurumlarda rəhbər vəzifələrdə çalışıb, hüquq və idarəetmə sahəsində təcrübəyə malikdir. Ələkbərzadə həmçinin Özəl Tibb Müəssisələrinin Assosiasiyasında Hüquq və Etika Komitəsinə rəhbərlik edir və Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir.

Yeni təyinata qədər o, "SAĞLAM AİLƏ" Şəbəkəsində direktor müavini olub və institusional idarəetmə, nəzarət mexanizmləri və proseslərin avtomatlaşdırılması üzrə layihələrə rəhbərlik edib. Təyinat şəbəkənin idarəetmə və inkişaf istiqamətlərinin gücləndirilməsi çərçivəsində həyata keçirilib.

E-saglam.az

Seçilən
4
e-saglam.az

1Mənbələr