AZ

Yaponiyada işsizlik son beş ayda ilk dəfə artıb

Yaponiyada işsizlik səviyyəsi yanvar ayında 2,6 faizdən 2,7 faizə yüksəlib. Bu, son beş ayda qeydə alınan ilk artımdır.

“İki sahil” xəbər verir ki, artım əsasən daha yüksək maaş və yaxşı iş şəraiti axtaranların könüllü şəkildə işdən çıxması ilə bağlıdır.

Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin açıqlamasına əsasən, məşğul əhalinin sayı 68,17 milyon nəfərə düşüb, işsizlərin sayı isə 3,2 faiz artaraq 1,91 milyona çatıb.

Yaşayış, qida xidmətləri, topdan və pərakəndə satış sahələrində işçi sayı azalsa da, təhsil və istehsalat sektorlarında məşğulluq artımı müşahidə olunub.

Seçilən
4
3
ikisahil.az

4Mənbələr