AZ

"Yuventus" Makkenni ilə bağlı qərarını verdi - RƏSMİ

"Yuventus" yarımmüdafiəçisi Veston Makkenni ilə bağlı qeyri-müəyyənliyə son qoyub.

Fanat.Az xəbər verir ki, Turin klubu hazırkı müqaviləsinin müddəti mövsümün sonunda bitəcək 27 yaşlı futbolçu ilə yeni müqavilə imzalayıb. 

İtaliya nəhəngi anlaşma ilə bağlı rəsmi saytı vasitəsilə açıqlama yayıb. 

Mövsümün əvvəlində onunla yeni müqavilə imzalamaq fikrində olmayan, ancaq "İnter"in Makkenninin xidmətində maraqlı olduğu üzə çıxandan sonra planları kəskin şəkildə dəyişən turinlilərin amerikalı futbolçu ilə yeni müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədə olacaq. 

Veston Makkenni bu mövsüm "Qoca Sinyora"ya 2020-ci ildə keçib. Əvvəlcə icarə əsasında, daha sonra isə Turin klubu ilə daimi müqavilə imzalayan oyunçu u mövsüm "Yuventus"da 38 oyunda meydana çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

"Transfermarkt" amerikalı yarımmüdafiəçinin transfer dəyərini 22 milyon avro olaraq qiymətləndirir.

Seçilən
1
fanat.az

1Mənbələr