AZ

Rubio İrana qarşı quru əməliyyatlarını istisna etmir - son sözü Tramp deyəcək…



Bu mərhələdə Amerikanın İrana qarşı əməliyyatı ballistik raketlərin, buraxılış qurğularının, istehsal müəssisələrinin, kamikadze dronlarının və dəniz infrastrukturunun məhv edilməsinə yönəlib.

ABŞ dövlət katibi Marko Rubio bunu jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O, quru qoşunlarının yerləşdirilməsinin hazırda nəzərdən keçirilmədiyini, lakin son qərarın ABŞ prezidenti Donald Trampın ixtiyarında olduğunu bildirdi.
Əməliyyatın siyasi məqsədlərini şərh edən Rubio qeyd edib ki, ABŞ İranda hakimiyyət dəyişikliyini "alqışlayacaq", lakin bu, hərbi kampaniyanın rəsmi məqsədi deyil. Əsas məqsəd Tehranı "ABŞ-ı və onun regiondakı müttəfiqlərini təhdid etmək qabiliyyətindən" məhrum etməkdir.
Eyni zamanda, dövlət katibi mümkün eskalasiya barədə xəbərdarlıq edib. O, əməliyyatın növbəti mərhələsinin "daha ciddi" və zərbələrin daha güclü ola biləcəyini deyib.
"[İrana qarşı] ən ağır zərbələr hələ qarşıdadır", - deyə diplomat bildirib.
O, həmçinin etiraf edib ki, Vaşinqton hərbi əməliyyatların bitməsindən sonra İranın idarəetmə sisteminin formalaşmasında rol oynaya bilər.
Rubio münaqişənin iqtisadi nəticələrinə də toxunub. O, administrasiyanın neft qiymətlərinin mümkün artımına cavab vermək üçün əvvəlcədən bir plan hazırladığını söyləyib. Energetika və Xəzinədarlıq nazirlikləri tərəfindən hazırlanmış proqram çərşənbə axşamı günü tətbiq olunmağa başlayacaq.

Rubio qeyd edib ki, "Amerika Birləşmiş Ştatları sabah neft qiymətlərinin kəskin artımının qarşısını almağa yönəlmiş bir proqramın tətbiqinə başlayacaq".
SAMİRƏ

Seçilən
20
baki-xeber.com

1Mənbələr