AZ

Səbinə Əliyeva: 2025 ci ildə Ombudsman Aparatına 42 mindən çox müraciət daxil olub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 3 mart, AZƏRTAC

İnsan hüquqları üzrə müvəkkilin illik məruzəsi bu gün Milli Məclisdə müzakirəyə çıxarılacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında bu barədə danışıb.

Ombudsman bildirib ki, məruzədə ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr geniş şəkildə əksini tapıb. Sənəddə ümumilikdə 94 tövsiyə və təklif irəli sürülüb.

Onun sözlərinə görə, həmin tövsiyələr əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların, qadınların, ahılların, müharibə iştirakçılarının, hərbi qulluqçuların, əlilliyi olan şəxslərin və digər həssas kateqoriyaların hüquqlarının daha səmərəli müdafiəsini, qanunvericilikdə nəzərdə tutulmuş hüquq və azadlıqlarının təmin olunmasını əhatə edir.

Ombudsman diqqətə çatdırıb ki, 2025-ci il ərzində müvəkkilin ünvanına 42 mindən çox müraciət daxil olub. Həmin müraciətlərə Konstitusiyanın tələblərinə uyğun olaraq baxılıb, araşdırmalar aparılıb və müvafiq cavablar verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
3
azertag.az

4Mənbələr