AZ

ABŞ "SEPAH"ın komanda-idarəetmə məntəqələrini və hava hücumundan müdafiə vasitələrini məhv edib

ABŞ Silahlı Qüvvələri İnqilab Keşikçiləri Korpusunun ("SEPAH") komanda-idarəetmə məntəqələrini və İranın digər hərbi infrastrukturunu məhv edib. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Amerika qoşunları İranın hava hücumundan müdafiə vasitələrini, raket və pilotsuz uçuş aparatı buraxılış qurğularını, eləcə də hərbi aerodromları məhv edib", - Amerika komandanlığının X sosial şəbəkəsindəki paylaşımında bildirilir. Məlumata görə, ABŞ Silahlı Qüvvələri İran təhdidlərinə qarşı tədbirlər görməyə davam edəcək.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq, İslam Respublikası İsrailə və Fars körfəzində yerləşən Amerika bazalarına hücum edib. İrana raket zərbələri ölkənin 130 yaşayış məntəqəsini əhatə edib. İran Qırmızı Aypara Cəmiyyətinin martın 2-nə olan məlumatına görə, İslam Respublikasına hücumun başlanğıcından bəri qurbanların sayı 555 nəfərə çatıb.

Almaz Həsənli

Seçilən
26
15
oxumeni.az

10Mənbələr