AZ

Minifutbol millisinin baş məşqçisi: “Çətin qrupa düşmüşük, amma biz dünya çempionuyuq”

“Avropa çempionatında məqsədimiz qrupdan birinci yerlə çıxmaqdır”.

Bu sözləri minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev deyib.

Avropa çempionatının final mərhələsindəki şansları və rəqibləri dəyərləndirən mütəxəssis komandanın çətin qrupa düşdüyünü bildirib.

“Qrupdan çıxmağa çalışacağıq. Fransa və İtaliya bizim üçün çətin rəqiblər hesab oluna bilər. Amma unutmayaq ki, biz Avropa çempionatına dünya çempionu kimi yollanırıq. Hədəfimiz bacardığımız qədər yaxşı nəticə göstərmək və uğur qazanmaqdır. Komanda olaraq hər oyuna maksimum məsuliyyətlə yanaşacağıq”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

Hazırlıq planı barədə də məlumat verən baş məşqçinin sözlərinə görə, milli komanda aprelin 6-da təlim-məşq toplanışına başlayacaq:

“Təlimlər üç mərhələdən ibarət olacaq. İlk məşqlərimiz Bakıda keçiriləcək. Aprelin 25-dən mayın 8-dək isə Monteneqroda hazırlığımızı davam etdirəcəyik. Həmin müddətdə 6 yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub. Bu oyunlar komandamızın optimal formaya düşməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq. Azərbaycan millisi Fransa, İtaliya və Avstriya seçmələri ilə birlikdə F qrupunda mübarizə aparacaq.

İdman.Biz
Seçilən
5
2
idman.biz

3Mənbələr