AZ

Açıq ürək əməliyyatına uyğun olmayan xəstələr üçün isə bu üsul mühüm alternativ müalicə imkanı yaradır » AzadMedia.az


Mərkəzi Neftçilər Xəstəxanasında tibbin ən müasir və yüksək texnologiyalı üsullarından hesab edilən TAVİ – transkateter aorta qapaq implantasiyası əməliyyatlarının icrasına başlanılıb. Azərbaycanda nadir icra olunan bu prosedur xəstəxanada ilk dəfə 2025-ci ilin iyun ayından tətbiq edilir və icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır.

28 fevral 2026-cı il tarixində daha iki TAVİ əməliyyatı uğurla başa çatıb. Müdaxilələr tibb müəssisəsinin direktorunun terapiya işləri üzrə müavini, invaziv kardioloq Saleh Hüseynov və Kardiologiya şöbəsinin müdiri Şəfəq Nəzirova tərəfindən peşəkar tibbi komanda ilə birgə həyata keçirilib. Ümumilikdə indiyədək xəstəxanada 6 TAVİ əməliyyatı icra olunub.

TAVİ döş qəfəsi açılmadan, ürək dayandırılmadan və böyük cərrahi kəsik aparılmadan həyata keçirilən ürək qapağı dəyişmə üsuludur. Yaşla əlaqədar aorta qapağında kirəclənmə nəticəsində yaranan kritik aorta stenozu olan xəstələr üçün tətbiq edilir. Prosedur zamanı daralmış qapaq kateter vasitəsilə yerləşdirilən yeni bioloji qapaqla əvəz olunur.

Əməliyyatın əsas üstünlükləri daha az travmatik olması, qısa reabilitasiya müddəti və xəstələrin 24–48 saat ərzində evə yazılaraq normal həyat tərzinə qayıda bilməsidir. Açıq ürək əməliyyatına uyğun olmayan xəstələr üçün isə bu üsul mühüm alternativ müalicə imkanı yaradır.
Seçilən
23
1
azadmedia.az

2Mənbələr