ABŞ-nin sərəncamında olan raket ehtiyatları tükənmək üzrədir. Xüsusilə, Vaşinqtonun "Tomahawk" tipli raketlərinin sayı sürətlə azalır.
BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, həmçinin SM-3 raket-tutucularının ehtiyatları da tükənmək üzrədir.
Bundan əvvəl ABŞ-nin Yaxın Şərqdə 450-dən çox "Tomahawk" qanadlı raketi yerləşdirdiyi bildirilmişdi. Onlar hərbi gəmilərdə yerləşdirilib və İrana qarşı mümkün əməliyyat çərçivəsində istifadə oluna bilər.