AZ

Aktau yaxınlığında AZAL təyyarə qəzası ilə bağlı araşdırma sürətləndirilir

Aktau yaxınlığında baş vermiş AZAL təyyarə qəzası ilə bağlı yaradılmış istintaq komissiyası araşdırmaları davam etdirir. Prosesin nə vaxt yekunlaşacağı hələ açıqlanmayıb.

Far.Az Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, komissiya üzvləri hazırda toplanmış materiallar üzərində işləyir və aparılan tədqiqatların nəticələrini nəzərdən keçirir. Açıqlamada vurğulanıb ki, görülən işlər barədə hesabatlar təhlil olunur.

Rəsmi mövqeyə əsasən, qəza ilə bağlı yekun nəticələr obyektiv olacaq və yalnız faktlara söykənəcək. Komissiyanın balanslı yanaşma sərgilədiyi qeyd edilib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakı–Qroznı marşrutu üzrə uçuş həyata keçirən AZAL-a məxsus təyyarə qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Sərnişinlər Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları idi. Hadisə nəticəsində 29 nəfər sağ qalıb.

2025-ci il yanvarın 7-də Braziliyada qəza zamanı zədələnmiş "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılması prosedurunun tamamlandığı açıqlanıb. Əldə olunan məlumatlar Qazaxıstan tərəfinə təqdim edilib.

Bundan sonra, 2025-ci il fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən ilkin araşdırma hesabatı dərc olunub. Sənəddə hadisələrin ardıcıllığı və təyyarənin aldığı zədələrə dair fotomateriallar yer alıb.

Seçilən
4
far.az

1Mənbələr