AZ

Oyunun İzmirdə keçirilməsini istəmişdi - UEFA qərar verdi

style='margin-bottom:10px;'>

Donetsk “Şaxtyor”unun UEFA Konfrans Liqasının 1/8 finalında “Lex”lə (Poznan) cavab qarşılaşmasının keçiriləcəyi ölkə müəyyənləşib.

QOL.az xəbər verir ki, Ukrayna təmsilçisinin baş məşqçisi Arda Turan daha əvvəl həmin görüşü Türkiyədə keçirmək istədiklərini açıqlamışdı.

Türkiyəli mütəxəssis matçın İzmir şəhərində, “Göztəpə”nin Gürsel Aksel stadionunda oynanılmasını arzuladıqlarını bildirmişdi. “Göztəpə”nin fəxri prezidenti Mehmet Sepil isə “Şaxtyor Donetsk və Arda Turanı evimizdə qəbul etməkdən məmnun olarıq” demişdi.

Lakin bu istək UEFA tərəfindən müsbət qarşılanmayıb. “Şaxtyor” açıqlayıb ki, ev sahibi qismində “Lex”lə keçirəcəyi cavab matçı Polşada baş tutacaq.

Qeyd edək ki, tərəflər arasında ilk oyun martın 12-də, cavab görüşü isə martın 19-da keçiriləcək.

Ukraynadakı müharibə səbəbindən bu ölkənin komandaları ev oyunlarını Polşada keçirirlər.

Seçilən
3
1
teleqraf.com

2Mənbələr