AZ

Trampın boynundakı qırmızı ləkə nədir? Həkim açıqladı

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Donald Trampın həkimi Şon Barbabella prezidentin boynundakı qırmızı ləkə ilə bağlı son iki gündə aparılan müzakirələrə son qoyub.

“Cebheinfo.az” xəbər verir ki, “News Nation”-un məlumatına görə, həkim bunu dəri kremindən istifadə ilə əlaqələndirib.

Barbabellaya görə, Tramp Ağ Ev həkimi tərəfindən təyin edilən müntəzəm profilaktik dəri baxımı kremini boynunun sağ tərəfinə çəkir. Prezident bu kremdən bir həftədir istifadə edir və qızartının daha bir neçə həftə davam etməsi gözlənilir.

Xatırladaq ki, martın 2-də Trampın Ağ Ev tədbirində boynunun sağ tərəfində qırmızı səpgi ilə göründüyü bildirilib. Rəsmi Ağ Ev operatorları və əksər media nümayəndələri digər tərəfdən çəkiliş aparırdılar. Şərəf medalının təqdimetmə mərasimi zamanı Amerika liderinin gözlərinin altında da torbalar əmələ gəlib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr