AZ

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

ain.az, Moderator.az saytına istinadən bildirir.

Kamçatkada 5.5 bal gücündə zəlzələ baş verib.

Moderator.az xəbər verir ki, bu barədə TASS-a Petropavlovsk seysmik stansiyasından məlumat verilib.

"Seysmik hadisənin maqnitudası 5.5 olub, episentri Petropavlovsk-Kamçatskdan 242 km aralıda olub. Zəlzələnin ocağı 67 km dərinlikdə yerləşib", - deyə stansiyadan bildirilib.

Sunami xəbərdarlığı verilməyib. Xəbərə görə, sakinlərdən bölgənin Təcili Dispetçer Xidmətinə heç bir zəng daxil olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
3
moderator.az

4Mənbələr