AZ

Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunları başlayır

Bakı, 3 mart, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Günün yeganə görüşündə “Zirə” öz meydanında “Sumqayıt”la üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Komandalar arasında Sumqayıtda keçirilmiş ilk oyunda qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab oyunları martın 4-5-də reallaşacaq.

Seçilən
10
azertag.az

1Mənbələr