AZ

FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 mart, AZƏRTAC

Od çərşənbəsində yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu çərşənbədə keçirilən mərasimlərdə, xüsusilə tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi bayram sevincimizin arzuolunmaz və acı nəticələrlə sonlanmasına səbəb ola bilər. Ötən çərşənbə axşamı baş vermiş hadisələr buna əyani sübutdur.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki,

- bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
49
azertag.az

10Mənbələr