AZ

Sağa dönəcəyini öncədən bilən sürücünün məsuliyyətsiz davranışı təhlükəyə səbəb oldu VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakıda manevr qaydasını pozan sürücü təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 9-da, paytaxtın kənar dairəvi yolunda (Avtomobil bazarının qarşısında) qeydə alınıb.

Belə ki, 90-BF-262 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü sağa yanacaqdoldurma məntəqəsinə dönəcəyini öncədən bilsə də, düzgün zolaqda yerləşməyib. Videodan da aydın şəkildə görünür ki, sürücü ən sol zolaqla hərəkət edir və məntəqənin düz qarşısında qəfil sağa manevr edərək görüntünü qeydə alan avtomobilin qarşısına çıxıb.

Sürücü bildirir ki, işıq siqnalı ilə ona xəbərdarlıq etdiyim üçün həmin sürücü səhvini anlamaq əvəzinə dayanaraq narazılığını bildirib.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
avtosfer.az

1Mənbələr