AZ

“Gecə hamı yatandan sonra mən...” - Nura Suridən ŞOK AÇIQLAMA

“Həmişə yaxşı və ya pis bir hadisə olanda səbəbini axtarmışam. Anlamağa çalışmışam. Uşaqluqdan belə bir xüsusiyyətim var. İnsanların davranışlarının, sevgisinin, nifrətinin səbəbini bilmək istəmişəm. Erkən yaşlarımdan fərqli janrlarda kitablar oxuyaraq başqa insanların gözü ilə də dünyanı dərk etməyə çalışmışam. Yəni təkcə özümün görüb anladığım həyat mənə yetərli olmayıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Nura Suri sosial media hesabında yazıb.

İfaçı başqa insanların ona qarşı etdiyi pisliyi belə ciddiyə almadığını bildirib:

“Son illərdə isə hər davranışımı, əhvalımı, düşüncələrimi analiz edirəm. Çünki özümü tanımaq istəyirəm. Nəyi niyə etdiyimi, səbəbini bilmək istəyirəm. Hətta başqa insanların mənə qarşı etdiyi pisliyi belə ciddiyə almıram, nifrət bəsləmirəm.

Gecə saatlarında hamı yatanda mən oyaq qalmaq istəyirəm. Səhərə yaxın yuxuya gedirəm. Gecənin sükutunda özümlə tək qalıb özümü tanımağı, tərbiyə etməyi öyrənmişəm.

İnsanlara bağlanmamağı, onların fikrindən və sevgisindən asılı olmamağı seçdiyim üçün sevgi hissini içimdə sanki dondurmuşam. Özümə qarşı da kiminsə nə sevgisini, nə də bağlanmasını istəmirəm. Bu xüsusiyyətdən də azad ola bilmirəm.

Sanki ətrafımda özümü insanlardan qorumaq üçün bir çərçivə qurmuşam”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
1
yenisabah.az

1Mənbələr