AZ

Trampın müşaviri Yaxın Şərqdə çətin vəziyyətdə qaldığını bildirib

ABŞ prezidentinin müşaviri Aleks Brusevits ABŞ-nin İrana hücuma başladığı vaxt Yaxın Şərqdə olub.

Editor.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesablarında paylaşımlar edib. Rəsmi şəxs bölgədə səfərdə olduğunu, lakin İran ətrafında artan gərginliyin onu xaos içində hərəkət etməyə məcbur etdiyini bildirib.

Brusevits deyib: “Son 72 saat tamamilə sürreal idi, indiyədək yaşamadığım bir vəziyyətə bənzəyirdi”.

ABŞ liderinin müşaviri göstərilən dəstəyə görə Ağ Evə, eləcə də Qətər və Səudiyyə Ərəbistanının rəhbərliyinə təşəkkürünü ifadə edib. O, hazırda artıq Avropada olduğunu da qeyd edib.

Bundan əvvəl nümayəndə Anna Paulina Luna rəsmisinin Qətərdən Yunanıstana uçduğunu açıqlamışdı. Bildirilir ki, Brusevitslə birlikdə xüsusi təyyarədə daha bir neçə sərnişin də olub.

//Gülnarə Abasova, Editor.az

Seçilən
40
editor.az

1Mənbələr