AZ

Məqsədimizə çox tezliklə nail olacağıq - Tramp

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın məqsədlərinə tezliklə nail olunacağını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə NewsNation jurnalisti Kelli Meyer X hesaabında yazıb. Amerika lideri ilə müsahibədə o, bütün hərbi məqsədlərə nail olunduğunu necə biləcəyini soruşub: "Oh, mən biləcəyəm. Mən bunu edirəm, çox şey bilirəm və onlara nə vaxt nail olacağımı mütləq biləcəyəm. Bu, çox tezliklə baş verəcək. Biz onlara böyük ziyan vururuq. Biz onları əhəmiyyətli dərəcədə geri atırıq".

Tramp həmçinin deyib ki, İranı kimin idarə etdiyi tezliklə bilinəcək. Jurnalist ABŞ prezidentindən İranı birbaşa kimin idarə etdiyini soruşub: "Çox tezliklə öyrənəcəksiniz".

Musavat.com

 

Seçilən
120
musavat.com

1Mənbələr